Azərbaycanda daha bir məhkum həbsxanada ölüb.
Lent.az xəbər verir ki, hadisə Penitensiar xidmətin Bakıda yerləşən həbsxanalarından birində qeydə alınıb.
Orada cəza çəkən Gürzalı Alyarov vəfat edib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, G. Alyarov arvadı Şəlalə Tağıyeva və baldızı Şəhla Süleymanovanı bıçaqladığı üçün həbs edilib.
O, bu il Cinayət Məcəlləsinin 126.2.1 (qəsdən sağlamlığa ağır zərər vurma iki və daha çox şəxsə qarşı törədildikdə) və 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma -xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmişdi.