Bakıda həbs olunan şəxs təcridxanaya nakrotiklə gəldi
12 may 2023 12:39 (UTC +04:00)

Bakıda həbs olunan şəxs təcridxanaya nakrotiklə gəldi

Bakı istintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Pentensiar Xidmətdən Lent.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.3.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Elcan Vəfadar oğlu Hüseynov Bakı İstintaq təcridxanasına qəbul edilərkən onun üzərinə baxış keçirilib.

Bu zaman əynindəki cins şalvarın astarında gizlətdiyi 1 ədəd kağız bükülüdə ümumi çəkisi 0,236 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1209
avatar

Oxşar yazılar