Bakıda gənci avtomobil vurdu
26 fevral 2023 01:16 (UTC +04:00)

Bakıda gənci avtomobil vurdu

0

Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Umudov Xəyal Həsən oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2199

Oxşar yazılar