Bakıda  gənc qızın   intiharına görə 17 yaşlı oğlan tutuldu
03 dekabr 2021 19:14 (UTC +04:00)

Bakıda gənc qızın intiharına görə 17 yaşlı oğlan tutuldu

Noyabrın 27-si saat 15 radələrində paytaxtın Yasamal rayon sakini 18 yaşlı Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.

Baş Prokurorluğunun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilib ki, 17 yaşlı Kərim İbrahimov bu il noyabrın 21-də Fidan Nəftəliyevanın mobil telefonunu oğurlamaqla telefonda olan sonuncuya məxsus şəxsi həyatının sirri hesab olan məlumatları qanunsuz əldə edərək onun ləyaqətini mütəmadi olaraq alçaltmaqla özünü öldürmə həddinə çatdırıb.

Kərim İbrahimov Cinayət Məcəlləsinin 125, 156.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 177.2.5 (oğurluq) və 242-ci maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edək ki, hadisə baş verdikdən sonra sosial şəbəkələrdə Kərim İbrahimovun Fidan Nəftəliyevanın videosunu yayması barədə məlumat yayılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 47145
avatar

Oxşar yazılar