Bakıda gənc qız bədbəxt hadisə nəticəsində ölüb.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 27 yaşlı Şükürova Günay İmran qızı yaşadığı binanın 6-cı mərtəbəsindən yıxılıb. Nəticədə aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.