Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Müzəffər Həsənov küçəsində qeydə alınıb.
1999-cu il təvəllüdlü Fərəcova T. R qızı özünü bacısına məxsus Günəş kafesinin ikinci mərtəbəsindən yerə atıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları araşdırır.