Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu "8-ci kilometr" qəsəbəsində qeydə alınıb. Burada 30 yaşlı Əlizadə Sənan Amil oğlu yaşadıqları binanın 11-ci mərtəbəsindən özünü ataraq, həyatına son qoyub.
Onun hansı səbəbdən intihar etməsi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.