Bakıda gənc oğlan bir neçə şəxsə qarşı dələduzluq edib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sözügedən cinayət əməllərini törədən 23 yaşlı Kəlbihüseyn Abuşov müəyyən olunaraq saxlanılıb.
Müəyyən olunub ki, o, müxtəlif vaxtlarda paytaxt sakini olan 3 nəfəri aldadaraq hesabına 450 manat, 700 manat və 800 manat olmaqla ümumilikdə 1950 manat pul ödətdirib.
Araşdırma aparılır.