Bakıda yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində qeydə alınıb.
20-25 yaşlı oğlan yolu keçərkən onu “Toyota” markalı avtomobil vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda arşdırma aparılır.