Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Məzahir Rüstəmov küçəsində qeydə alınıb. 1999-cu il təvəllüdlü Teymurov Emil Vidadi oğlu dava zamanı bıçaqlanıb. O, qarnın ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.