Bakıda gəlin və qayınananı avtomobil vurdu
01 fevral 2022 04:15 (UTC +04:00)

Bakıda gəlin və qayınananı avtomobil vurdu

0

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, qəza Sabunçu qəsəbəsində baş verib.

1961-ci il təvəllüdlü Abdullayeva Tahirə İbrahim qızı və onun gəlini 1989-cu il təvəllüdlü Abdullayeva Şəfa Canəli qızı marketdən çıxaraq yolun əks istiqamətinə keçərkən onları minik avtomobili vurub. 

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralıların vəziyyəti orta ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1726

Oxşar yazılar