Bakıda gənc qız faciəli şəkildə ölüb.
Lent.az xəbər verir ki, hadisə Xətai rayonu, G.Mehmandarov küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 24 yaşlı Əfsanə Quliyeva qonaq gəldiyi qardaşı, 27 yaşlı Məhərrəmə məxsus 8-ci mərtəbədə yerləşən evin eyvanından yıxılaraq ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.