Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu Naxçıvanski küçəsində baş verib. 33 yaşlı Dünyamalıyev Səfi İlham oğlu buradakı binalardan birinin 5-ci mərtəbəsinin eyvanından özünü atıb. O, ağır xəsarətlər alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Lakin görülən tədbirlərə baxmayaraq, S. Dünyamalıyev ölüb.
Faktla bağlı araşdırma aparılır.