Bakıda azyaşlı faciəvi şəkildə ölüb.
Lent.az-ın məlumatına görə, hadisə bu gecə sat 2 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən "Qobu Park-2" yaşayış kompleksində baş verib. Burada 10 mərtəbəli binanın 10-cu mərtəbəsində kirayədə yaşayan ailənin 4 yaşlı oğlu Məmmədov Nicat Elcan oğlu yataq otağının pəncərəsindən yıxılaraq ölüb.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.