Bakıda ev qarət olunub.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib. Evdə təmizlik işləri aparan qadın sahibkara məxsus qızıl-zinət əşyalarını oğurlayıb.
Bu barədə ev sahibəsi N. Əliyeva Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciətində bildirib.
Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluqda şübhəli bilinən qadın saxlanılıb. Oğurlanan qızıllar zərərçəkmişə geri qaytarılıb.