Bakıda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, ev 24 ünvanda qeydə alınıb.
Nəsimi rayon prokurorluğuna şəxsiyyəti tam məlum olmayan “Nazim” adlı şəxsin həmin ünvanda ölməsi barədə məlumat daxil olub.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.