Bakıda evdən meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin 82 yaşlı Leonid Siviridov olması müəyyən edilib. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.