Bakıda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, Suraxanı rayonu Hövsan qəsəbə sakini, 56 yaşlı Rövşən Qəhrəman oğlu Məhərrəmovun yaşadığı evdə meyiti tapılıb.
Onun ürək çatışmazlığından öldüyü ehtimal edilir.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.