Bakıda mənzildən külli miqdarda oğurluq olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nərimanov rayonu M.Araz küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 15000 dollar dəyərində antik şamdanlar, mücrü və gümüş kəmər oğurlanması barədə polis məlumat daxil olub. Oğurluğun ev sahibin evdə olmadığı son 15 gün ərzində törədildiyi bildilir.
Polis əməkdaşlarının “isti iz”lərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə məhkum olunan, 27 yaşlı Ramin Tağıyev müəyyən olunaraq saxlanılıb. Oğurlanan əşyaların yeri tapılaraq maddi sübüt kimi götürülüb, sahibinə qaytarılması təmin olunacaq.
R.Tağıyev cinayət məsuliyyətinə cəlb edilib.
Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırmalar davam etdirilir.