Bakıda ev və mağaza yandı
26 noyabr 2023 10:20 (UTC +04:00)

Bakıda ev və mağaza yandı

0

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 17 m² sahədə, dam örtüyü 120 m² sahədə, bitişik ümumi sahəsi 88 m² olan ərzaq mağazasının dam örtüyünün taxta atmaları və rəflərə yığılan ərzaq malları yanıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan lambirdən ibarət tavan əriyib.

Evin və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4163

Oxşar yazılar