Bakının Sabunçu rayonunda bıçaqlanma baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Anaşkin küçəsində qeydə alınıb.
43 yaşlı Həsənov Fərman Ərəbxan oğlu küçədə naməlum şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.