Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə metronun “Əhmədli” stansiyasının yaxınlığında qeydə alınıb.
1964-cü il təvəllüdlü Məmmədova Elvira Ağababa qızı yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.