Bakıda mağaza direktoruna cinayət işi açılıb.
Lent.az-ın məlumatına görə, “Firstek” mağazasının direktoru Heydərli Tural Sahib oğlu barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham elan olunub. Məlumata əsasən, o, 551 min 135 manat mənimsəmədə təqsirli bilinir.
Onun barəsində aparılan cinayət işinin ibtidai istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Telman Hüseynovun icraatına verilib.