Bakıda dəyəri 2500 manatdan çox olan inşaat materialı oğurlandı
15 yanvar 2024 12:07 (UTC +04:00)

Bakıda dəyəri 2500 manatdan çox olan inşaat materialı oğurlandı

0

Nərimanov rayonu ərazisində yerləşən inşaat mağazalarının birindən dəyəri 2500 manatdan çox olan inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.  

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ariz İsmayılov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4457

Oxşar yazılar