Bakıda dələduzluq edən “polis əməkdaşı” saxlanıldı -  VİDEO
04 fevral 2021 12:20 (UTC +04:00)

Bakıda dələduzluq edən “polis əməkdaşı” saxlanıldı - VİDEO

Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb. 

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə bir nəfər qadın ərizə ilə müraciət edərək özünü polis əməkdaşı kimi təqdim edən Vüsal adlı şəxsin guya onu dövlət qurumlarından birində  işə düzəldəcəyi adı ilə aldadıb ayrı-ayrı vaxtlarda 17 min manat pulunu aldığını bildirib. 

Bölmə əməkdaşlarının keçirdiyi tədbir nəticəsində vətəndaşın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini Vüsal Babayev saxlanılıb. Araşdırmalar zamanı V.Babayevin polis işçisi  olmadığı halda özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etdiyi sübuta yetirilib. Saxlanılan şəxsin idarə etdiyi avtomobilə baxış zamanı oradan müxtəlif şəxslərin ərizələri, polis əməkdaşının geyim formaları, 6 ədəd mobil telefon, danışıq kartları, o cümlədən həmin şəxsin polis geyimində olan fotoşəkili maddi sübut kimi götürülüb. 

Vüsal Babayev barəsində 32-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Vüsal Babayevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Suraxanı rayon Polis İdarəsinə və ya şəhər telefonlarından 012-427-02-22  nömrəsi, habelə DİN-in “102” Zəng Mərkəzi  ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
 

# 1695
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Lənkəranda FACİƏ:  ata və oğul öldü -  YENİLƏNİB

Lənkəranda FACİƏ: ata və oğul öldü - YENİLƏNİB

28 mart 2024 , 10:25
Bakı Olimpiya Stadionunun qarşısında QƏZA

Bakı Olimpiya Stadionunun qarşısında QƏZA

28 mart 2024 , 09:46
SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ  – Bu yollarda sıxlıq var

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ – Bu yollarda sıxlıq var

28 mart 2024 , 09:20
 Başını qaşıyan   sürücü 400 dollar cərimələndi

Başını qaşıyan sürücü 400 dollar cərimələndi

28 mart 2024 , 08:51
Kəlbəcərdə əl qumbaraları  tapıldı

Kəlbəcərdə əl qumbaraları tapıldı

28 mart 2024 , 07:25
Yanacaqdoldurma məntəqəsində  güclü partlayış

Yanacaqdoldurma məntəqəsində güclü partlayış

28 mart 2024 , 02:50
Göygöldə yeniyetmə 18 yaşlı gənci  bıçaqladı

Göygöldə yeniyetmə 18 yaşlı gənci bıçaqladı

27 mart 2024 , 23:30
Keçmiş nazir Namiq Abbasov   VƏFAT ETDİ

Keçmiş nazir Namiq Abbasov VƏFAT ETDİ

27 mart 2024 , 21:56