Bakıda  DƏHŞƏTLİ QƏZA:  ər-arvad öldü
22 dekabr 2021 10:09 (UTC +04:00)

Bakıda DƏHŞƏTLİ QƏZA: ər-arvad öldü

1

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Xəzər rayonu, Mərdəkan şosesi istiqamətində yolda qeydə alınıb.

Bakı şəhər sakini Rövşən Əsgərov idarə etdiyi "Jeep-Grand Cherokee" markalı avtomobillə yolda hərəkət edən zaman piyadalar üçün nəzərdə tutulmayan yoldan keçən 60 yaşlı Möhtərəm Kazımova və onun həyat yoldaşı, 64 yaşlı  Zahid Kazımovu vurub. Nəticədə piyadalar aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2911

Oxşar yazılar