Bakıda kişi faciəvi şəkildə ölüb.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, yanvarın 27-i Qaradağ rayonu ərazisində yerləşən şirkətdə qaynaqçı vəzifəsində işləyən 59 yaşlı İlqar Şamilovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, İlqar Şamilov mobil kranın üzərindən keçməsi nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, üstündən kran keçərək ölən İ.Şamilovun meyiti parçalanmış halda tapılıb.