Bakıda intihar baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində qeydə alınıb.
41 yaşlı Əbülfəz İlham oğlu Hacıyev anbarda elektrik naqilindən özünü asıb. İlkin ehtimala görə, intihara uğursuz sevgi səbəb olub.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.