“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyət (OSC) Bakıda yük dəmiryol xəttinin üzərində baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb.
QSC-dən Lent.az-a verilən məlumata görə, dekabrın 14-ü saat 08:30-də Bakı Yük Stansiyasının Əhmədli neftdoldurma sahəsində qatar hərəkətdə olarkən, maşinist yolun üstündə kəsilmiş naməlum kişi meyiti görüb və dərhal tormozlama apararaq qatarı dayandırıb:
"Təcili hüquq-mühafizə orqanlarına məlumat verilib. İlkin məlumata görə, naməlum şəxs gecə saat 00:45-01:45 radələrində manevr işləri aparılarkən 25 vaqonluq qatarın 12-ci vaqonunun altından keçməyə cəhd göstərib. Bu zaman qatar hərəkət edib və o vaqonun təkərləri altında qalaraq həlak olub”.
Hadisə aidiyyəti üzrə araşdırılır.