Bakının Qaradağ rayonundakı daş karxanalarınını birində bədbəxt hadisə baş verib.
Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, martın 27-də saat 5 radələrində Korgöz qəsəbəsində yerləşən daş karxanasında mişar daşı idarə edən 57 yaşlı Balafər Əmirovun ölməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, kombayn mişarının Balafər Əmirovun baş nəhiyəsini kəsməsi nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.