Bakı sakini faciəvi şəkildə ölüb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "KаmAZ" markalı yük avtomobilinin qoşqusu aşıb, qoşqunun altında 1 nəfər sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində qoşqunun altından 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.