Bakıda 14 yaşlı qız intihar edib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün Nərimanov rayonu ərazisində qeydə alınıb.
14 yaşlı qız çoxmərtəbəli binanın 15-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Prokurorluqdan Lent.az-a faktı təsdiqləsələr də əlavə məlumat verilməyib.
Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
***
saat 14:01
Bakıda faciəli hadisə baş verib.
Lent.az-ın məlumatına görə, hadisə bu gün saat 13 radələrində Bakının Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 14 yaşlı uşaq özünü binadan atıb.
Nəticədə azyaşlı aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Hadisənin ehtiyatsızlıqdan ola biləcəyi də istisna edilmir.