Bakıda dava zamanı 2 yeniyetmə bıçaqlandı
13 aprel 2021 23:02 (UTC +04:00)

Bakıda dava zamanı 2 yeniyetmə bıçaqlandı

Bakının Nərimanov rayonunda 4 nəfər arasında dava düşüb.

APA xəbər verir ki, hadisə F.Yusubov küçəsində qeydə alınıb.

2005-ci il təvəllüdlü Quliyev Ramiz Ramin oğlu və dostu 2004-cü il təvəllüdlü Xasıyev Firuz Zahid oğlu iki nəfər naməlum şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb. R.Quliyev qarnının ön divarının kəsilmiş-deşilmiş yaraları ilə, F.Xasıyev isə döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2369

Oxşar yazılar