Bakıda daha bir nəfər dənizdə batdı
19 avqust 2022 17:35 (UTC +04:00)

Bakıda daha bir nəfər dənizdə batdı

Bakıda bir nəfər dənizdə boğulub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, "Zuğulba 3" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə batan 1 nəfərin axtarışları başa çatıb. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

# 1080
avatar

Mehman Nəbiyev

Oxşar yazılar