Bakıda çoxmərtəbəli binada YANĞIN:   ölən var
03 dekabr 2021 21:06 (UTC +04:00)

Bakıda çoxmərtəbəli binada YANĞIN: ölən var

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 150 m² olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 12 m² sahədə, eyvana açılan qapı və pəncərə çərçivəsi yanıb. 
Lent.az-ın FHN-ə istinadla xəbərinə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Abdullayev Sərhəd Səməd oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 
 

# 2790
avatar

Oxşar yazılar