Bakıda yaşayış binasında yanğın olub.
Lent.az FHN-ə istinadən məlumat verir ki, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 51 m/kv olan mənzildə 1 ədəd divan və yataq dəsti yanıb. Yüksək temperaturdan otağın divarları 12 m² sahədə qarsalanıb. Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.