Bakıda binanın qarşısında ağaclar yandı -FOTO
29 aprel 2022 04:55 (UTC +04:00)

Bakıda binanın qarşısında ağaclar yandı -FOTO

0

Bakının Nəsimi rayonunda yanğın baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Ceyhun Səlimov 89 ünvanında yerləşən binanın qarşısındakı ağaclıq ərazidə qəflətən alovlanma baş verib.

Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin 3 texnikası və canlı briqadası cəlb edilib. Alovun ətrafda olan binaya və avtomobillərə keçməsinin qarşısı alınıb.

Hazırda ağaclıq ərazidə alovun qarşısı tam alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2097

Oxşar yazılar