Bakıda binada PARTLAYIŞ:  Yaralanan var -  VİDEO
30 dekabr 2022 17:40 (UTC +04:00)

Bakıda binada PARTLAYIŞ: Yaralanan var - VİDEO

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən doqquzmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan üçotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən otaqların pəncərə çərçivələri yerindən çıxıb, mənzilə ziyan dəyib, həmçinin 2 qonşu mənzilin giriş qapıları çərçivəsindən çıxıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb.

Faktla bağlı araşdırma aparılır.

Bakıda binada partlayış

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2508
avatar

Oxşar yazılar