Bakıda beş nəfər İNTİHAR  etmək istədi
02 mart 2022 22:59 (UTC +04:00)

Bakıda beş nəfər İNTİHAR etmək istədi

0

Xətai rayonunda beş nəfər intihara cəhd edib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hələlik şəxsiyyətləri məlum olmayanlar özlərini körpüdən atmaq istəyib.

Məlumata görə, intihara cəhd edən şəxslər şirkət işçiləridir və maaşlarının verilməməsinə etiraz edirlər.

Polis əməkdaşlarının səyləri nəticəsində intihara cəhdin qarşısı alınıb. Həmin şəxslərlə profilaktik söhbət aparıldıqdan sonra aidiyyatı polis şöbəsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3423

Oxşar yazılar