Bakıda baş verən partlayışda ölənin kimliyi məlum oldu, gecələri klubda...-YENİLƏNİB
03 aprel 2022 15:07 (UTC +04:00)

Bakıda baş verən partlayışda ölənin kimliyi məlum oldu, gecələri klubda...-YENİLƏNİB

4

Partlayış zamanı həlak olan 1979-cu il təvəllüdlü Maya Axundova klubda xadimə kimi çalışıb.

Onu tanıyanların Lent.az-a dediklərinə görə, Maya Axundova maddi vəziyyəti ilə bağlı gündüzlər rayon ərazisindəki yollarda süpürgəçi, gecələr isə klubda qab yuyan kimi işləyib.

***

09:44

 

Baş Prokurorluq: Gecə klubunda partlayışda 1 nəfər ölüb, 37 nəfər yaralanıb

Bakıda gecə klubunda partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir.

Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.

Hadisə zamanı həyatını itirən şəxs gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundovadır.

 "37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib", - qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
4
# 8184

Oxşar yazılar