Bakıda azyaşlıya qarşı əxlaqsızlıq edən MANYAK TUTULDU - ANBAAN VİDEO
15 aprel 2024 11:12 (UTC +04:00)

Bakıda azyaşlıya qarşı əxlaqsızlıq edən MANYAK TUTULDU - ANBAAN VİDEO

Nərimanov rayonunda yaşayış binalarından birinin girişində azyaşlıya qarşı əxlaqsız hərəkətlərin edilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törədən Maksim Məmmədov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, o, əvvəlcə azyaşlını izləyib. Daha sonra binanın girişində yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Nərimanov  rayon məhkəməsinin qərarı ilə M.Məmmədov barəsində 3 ay müddətinə həbs  qətimkan  tədbiri seçilib. 

Bu şəxsin analoji əməllərindən zərər çəkən başqa şəxslər polis orqanlarına müraciət edə bilərlər.

# 5181
avatar

Fidan İlqar

Oxşar yazılar