Paytaxtın Yasamal rayonu ərazisində azyaşlı qızın mobil telefonunun soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 22 yaşlı B.Bukavadze və bir nəfər yeniyetmə müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.