Bakıda avtomobilin vurduğu piyada ölüb.
Lent.az xəbər verir ki, hadisə oktyabrın 21-də Yasamal rayonu Nazim Hikmət küçəsində baş verib. Hüseynov Orxan Yusif oğlu idarə etdiyi "Opel Astra" markalı avtomobillə yolu keçmək istəyən piyada Əhmədov Samir Nurəli oğlunu vurub. Yaralı oktyabrın 26-da müalicə aldığı Kliniki Tibbi Mərkəzdə ölüb.
Faktla bağlı cinayət işi başlanıb.