Bakıda avtomobilin vurduğu  gənc kəllə-beyin travması aldı
24 yanvar 2022 08:12 (UTC +04:00)

Bakıda avtomobilin vurduğu gənc kəllə-beyin travması aldı

0

Bakının Sabunçu rayonunda bir nəfəri avtomobil vurub.

Lent.az APA-ya idtinadən xəbər verir ki, qəza Zabrat qəsəbəsində baş verib.

“Opel” markalı  avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək yolu keçən 1993-cü il təvəllüdlü Nəsibli Rəmzi Səttar oğlunu vurub.

Zərbənin təsirindən R.Nəsibli ağır kəllə-beyin travması alıb. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1925

Oxşar yazılar