Bakıda piyadanın ölümü ilə nəticələnin yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Koroğlu metro stansiyasının qarşısında qeydə alınıb. Minik avtomobili yolu keçən İsmayılov Nurut Əkbər oğlunu vurub. Piyada hadisə yerində ölüb.
Əraziyə polis əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatı araşdırılır.