Səbail rayonu, Şeyx Şamil küçəsi ilə A. Şaiq küçəsinin kəsişməsində yol qəzası baş verib.
Lent.az-ın məlumatına görə, 28 yaşlı Nurlan Mirzəxan oğlu Mənsimliyə məxsus “BMW” markalı avtomobili idarə edən 29 yaşlı Xəlil Elxan oğlu Əsədli idarə etməni itirərək yol kənarındakı dəmirə çırpılıb.
Sərnişin qismində olan avtomobilin sahibi Nurlan Mənsimli hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.