Bakıda avtomobil beton arakəsməyə çırpıldı - FOTO
28 yanvar 2022 04:54 (UTC +04:00)

Bakıda avtomobil beton arakəsməyə çırpıldı - FOTO

0

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Belə ki, Sadıqcan Əhmədov idarə etdiyi “BMW” markalı maşınla hərəkətdə olan zaman naməlum markalı nəqliyyat vasitəsinin sürücüsü qəfil onun qarşısında manevr edib. Bu zaman S.Əhmədov sükana nəzarəti itirib.

Həmin vaxt idarəetmədən çıxan “BMW” yolayrıcı beton arakəsməyə çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb.

Faktı Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1493

Oxşar yazılar