Bakıda elektronika əşyaları almaq istəyən qadın dələduzluqla üzləşib.
Lent.az-ın məlumatına görə, televizor, plyastation aparatları və “İphone” telefonları almaq istəyən Bakı şəhər sakini P. Əliyeva M. Ellazov və atası E. Ellazova müraciət edib. Ata-oğul qadından istədikləri avadanlıqları gətirəcəkləri müqabilində ümumilikdə 8782 manat məbləğində pul alıblar.
Ancaq onların vədi yerinə yetməyib. Aldadıldığını görən qadın hüquq-mühafizə orqanlarına üz tutub. Nəticədə ata və oğul istintaqa cəlb olunublar. Onlar barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Ata və oğul barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı davam edir.