Bakıda ana və qızını avtomobil  vurdu
16 mart 2022 23:54 (UTC +04:00)

Bakıda ana və qızını avtomobil vurdu

0

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Abbasova Elmira Rafiz qızı və onun 2005-ci il təvəllüdlü qızı Abbasova Fatimə Rafiz qızını avtomobil vurub.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yeniyetmənin vəziyyəti ağırdır.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1842

Oxşar yazılar