Bakıda körpə küçəyə atılıb.
Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, polis əməkdaşları tərəfindən dünən gecə saatlarında Binəqədi rayonunda küçədən tapılan 3 aylıq körpə oğlan sığınacağa yerləşdirilib.
Tədbirlərlə onun anasının şəxsiyyəti müəyyən edilib.
Araşdırma aparılır.
Əldə etdiyimiz məlumata görə, körpəni anası küçəyə atıb.